Ən maraqlı 10 məlumat - SİYAHI 

MARAQLI
19:00 / 09.01.2024
460

Hər gün çox sayda məlumatlarla qarşılaşsaq da, onlara əhəmiyyət vermirik. 

Amma onlara nəzər saldıqda, özümüz üçün yeni kəşflər edə biləcəyimizi unutmamalıyıq. Ümumiyyətlə, insan beyni elə yaradılıb ki, daim yeni məlumata ehtiyac duyur. Bu, beynimizin daha sağlam işləməsinə gətirib çıxarır. Çünki davamlı olaraq öyrənəcəyiniz bilgilər zehninizi inkişaf etdirir. 

O zaman Hit.az zehninizi inkişaf etdirəcək 10 faktı diqqətinizə çatdırır:

1. Elə çox maraqlı bir faktla siyahıya start veririk. Deməli, 1960-cı illərdə pişiklər Kremlə və Rusiya konsulluqlarına casus kimi göndərilirdi. "Acoustic Cat" adı verilən layihədə pişiklərin içərisinə cərrahi yolla batareyalar, mikrofonlar və buna bənzər cihazlar yerləşdirilirdi.
2. Kişilərin saçı qadınların saçından daha qalın və sərt olur. 
3. Viktor Hüqonun "Səfillər" romanı indiyə qədər yazılmış ən uzun cümləyə də sahibdir. Belə ki, sözügedən əsərdəki 823 kəlimədən ibarət bir cümləni oxumaq üçün dəqiqələrlə vaxt lazımdır. 
4. Dünyanın ən tez böyüyən bitkisini məhz Bambuk ağacıdır. Həmin ağac toxum kimi yerə əkiləndən 5 il sonra sürətlə böyüməyə başlayır. O hətta gündə 90 sm böyüyür. 
5. ABŞ qanunlarına əsasən prezident iqtidarda olanda və dönəmindən sonra ictimaiyyət arasında avtomobil idarə edə bilməz. 
6. Bildiyiniz kimi, dünyanın ən tənbəl heyvanı koaladır. Koala o qədər tənbəldir ki, hətta ağacın yarpağı bitəndə düşməyə ərindiyi üçün yeni yarpağın çıxmasını gözləyir. 
7. Qəribə bir araşdırma aparılıb. Orta hesabla bir insanın qanının tamamilə bitməsi üçün 1.200.000 ağcaqanad hücumu olmalıdır.
8. Bəzi insanlar yalan danışanda burunları qızarır. Buna isə "Pinokyo effekti" deyilir. 
9. Los-Ancelesdə avtomobillərin tutduğu yer ümumi ərazinin dörddə birini təşkil edir.
10. Kədərli məlumat ilə siyahını yekunlaşdırırıq. Fillərin bir-birinə həddindən çox bağlı olurlar. Hətta dişi və ya erkək fil öldükdə qarşı tərəf yeməkdən imtina edir, göz yaşı axıdır və özlərini acından ölməyə məhkum edirlər.

Pərviz

0