Stefan Sveyq. Səbirsiz ürək (romandan parça)

MƏDƏNİYYƏT
16:53 / 12.08.2020
2061

Hər şeyo səhvdən başladı. İndi, aradan uzun illər keçəndən sonra o hadisəni ayıq başlafikirləşəndə başa düşürəm ki, bu sadəcə anlaşılmazlıq idi və istənilən adam beləsəhv buraxıb şikəst qızı rəqsə dəvət edə bilərdi. Amma o vaxt hadisənin təsirialtında özümün nəinki sarsaq, həm də ürəksiz, kobud, heç nəyə yaramayan biriolduğumu hesab edirdim. Bu səhvi düzəldə bilərdim, amma mən qaçdım, hadisəyerindən qaçan cinayətkar kimi qaçdım, onun yerinə özümü təmizə çıxartmaq üçünizahat verə bilərdim.

Evinqabağında dayananda nə hisslər keçirtdiyimi dilə gətirə bilmirəm. Evdən musiqisəsi gəlmirdi, kvartet istirahət edirdi. Mənəsə elə gəlirdi ki, artıq bütünqonaqlar xəbər tutub, hamı incidilmiş qızı sakitləşdirməyə çalışır və şikəstqızı rəqsə dəvət edib sonra da qaçan qorxaq haqqaında xoşagəlməz şeylərdanışır. Sabahsa – furajkanın altından alnımın necə tərlədiyini hiss etdim –bütün şəhər bu biabırçılıqdan xəbər tutacaq. Polkdakı dostlarım, FerensMıslivetslə Yoji gözümün qabağına gəldi, onlar deyəcəklər: "Hə, Toni, əcəbaxmaqsan. Bircə dəfə qonaq getdin, bütün polku biabır elədin.” Bunu kazinodaaylarla müzakirə edəcəklər, axı bizdə hansısa zabitin buraxdığı səhv illərləyaddan çıxmır. Aradan on altı il keçməyinə baxmayaraq, rotmistr Volınskininbaşına gələn hadisəni polkda hələ də danışırlar. O bir dəfə Vyanadan qayıdandadeyibmiş ki, orda qrafinya T. ilə tanış olub və elə birinci gecəni onun yataqotağında keçirdib. Ancaq iki gündən sonra Vyanadakı qalmaqal haqda qəzetlərdəyazdılar, məlum oldu ki, o əslində qrafinyanın işdən qovduğu qulluqçusu imiş,özünü qrafinya kimi qələmə verirmiş. Bizdə kimin başına bu cür hadisə gəlsə, oyaddan çıxmır, onu bağışlamırlar. Mənsə özümü yaxşı tanıyırdım, polkda bilsəydilər,yoldaşlarımın lağına davam gətirə bilməyəcəkdim.

Kazarmayanecə çatdığım yadımda deyil. Bircə onu bilirəm ki, otağa girən kimi qonaqlarüçün saxladığım içkini şkafdan çıxartıb iki-üç stəkan içdim. Sonra elə paltarlayerimə uzanıb baş verənlər haqqında fikirləşmək istədim. Amma fikrimi cəmləyəbilmirdim, qızın qorxunc siması gözlərimin qabağından getmirdi. Arabir məniyuxu aparırdı, onda da qızın atasının hirslə üstümə gəldiyini görüb dəhşətiçində oyanırdım.

Xoşbəxtlikdənsəhər açıldı. Dəhlizdən ağır çəkmələrin tappıltısı eşidilməyə başladı. Günçıxan kimi fikirlər də aydınlanır. Bəlkə hələ də ümid yeri qalıb, deyə öz-özüməfikirləşdim. Bəlkə heç kim heç nə başadüşməyib? Amma yazıq şikəst qız bunu heç vaxt unutmayacaq! Birdən ağlıma birfikir gəldi. Tez saçımı darayıb mundirimi geyindim, denşikmun yanından qaça-qaçakeçdim, o isə dalımca pis bildiyi alman dilində qışqırdı:

- Paneleytenant! Pane leytenant, kofe hazırdır!

Mənpilləkanlardan qaça-qaça düşdüm, hələ yarıçılpaq olan həyətdəki ulanlar qırağaçəkilib yol verdilər. İki-üç addım və mən artıq qapıda idim. Ratuşimeydanındakı gül dükanına qaçırdım. O qədər tələsirdim ki, saat altınınyarısında dükanların hələ bağlı olduğu yadımdan çıxmışdı, amma xoşbəxtlikdənfrau Qurtner həm də tərəvəz alverçisi idi. Qapıda kartof yüklənmiş arabanı görənkimi qapını döydüm, tezliklə pilləkanlardan düşən sahibənin ayaq səslərinieşitdim. Tələsik bəhanə uydurdum: Lap yadımdan çıxıb, bu gün dostumun doğumgünüdür. Yarım saatdan sonra çıxışa gedirik, mənsə ona gül göndərmək istəyirəm.Ən yaxşılarını və mümkün qədər tez! Hələ gecə köynəyində olan sahibə piştaxtanıaçıb var-dövlətini mənə göstərdi: bir buket qızılgül. Neçə dənə alacağam?Hamısını, hamısını alıram! Elə-belə büküm, yoxsa səbətə qoyum? Əlbəttə ki, səbətəqoyun. Dəbdəbəli sifarişə maaşımdan qalan pulun hamısını verməli oldum, ayınaxırına qədər axşam yeməyindən və kafeyə getməkdən imtina etməliydim, ya daborc almalıydım. Amma bunun mənim üçün fərqi yoxdur, hətta bu qədər xərcədüşdüyümə sevindim, ay axmaq, öz-özümə dedim, hərəkətlərinin qarşılığını verməklazımdır. Hə, hər şey hazırdır, ən yaxşı qızılgüllər artıq səbətdədir. İndionları göndərəcəklər. Frau Qurtner küçəyə çıxıb dalımca nəsə qışqırdı. Güllərihara və kimə göndərmək lazımdır? Axı cənab leytenant heç nə demədi. "Axmağınyekəsiyəm!” – öz-özümü söydüm. Həyəcandan ünvanı demək yadımdan çıxmışdı.

-Kekeşfalvanın villasına. Freyleyn Edit fon Kekeşfalvaya!

Qızınadını çəkən kimi, onun qorxmuş siması gözümün qabağında peyda oldu.

- Hə, əlbəttə,əlbəttə, xanım fon Kekeşfalva. – Frau Qurtner qürurla dedi. – Bizim ən yaxşımüştərimizdir.

Dahabir sual (mən artıq getməyə hazırlaşırdım): nəsə qeyd yazmaq istəmirəm ki?Yazmaq? Hə! Gülləri kim göndərib? Yazmasam hardan biləcək?

Yenədükana girib vizit kartımı çıxartdım, dal tərəfinə yazdım: "Xahiş edirəm mənibağışlayasınız.”

Yox,belə yazmaq olmaz. Bu daha bir axmaqlıq olar, nə üçün öz səhvimi onun yadınasalım? Bəs nə yazım? "Səmimi qəlbdən təəssüflənirəm.” Yox, bu da yaramaz. Üstəlikxətrinə dəyər, elə bilər ona yazığım gəlir. Yaxşısı heç nə yazmayım.

- Səbətəancaq vizit kartımı qoyun, frau Qurtner, sadəcə kartımı.

Ürəyimyerinə gəldi. Tez kazarmaya qayıtdım, kofemi içdim, səhər məşğələsinikeçirtdim. Deyəsən bir az hirsli və dalğın idim, amma orduda hansısaleytenantın kefinin olmamağına çox fikir vermirlər. Çox zabitimiz Vyanadan gecəelə yorğun qayıdır ki, məşğələ vaxtı atın üstündə yatır. Əslinə qalsa, başımınqarışdığına sevinirdim. Ulanlara əmr verib təlim meydançasına getdim. Xidmət müəyyənmənada fikrimi dağıdırdı.

Günortakazinoya gedəndə denşikimin səsini eşitdim: "Pane leytenant, pane leytenant!”Denşikim qaçıb mənə çatdı, zərfi uzatdı. Uzunsov, üstündə gerb olan zərfdir. Zərfdənətir iyi gəlir. Ünvan aydın xəttlə yazılıb, qadın imzasıdır! Səbirsizliklə zərfdənmavi ingilis kağızını çıxartıb oxudum:

"Layiqolmadığım güllərə görə səmimi qəlbdən təşəkkür edirəm, cənab leytenant! Onlar mənəhəzz verdilər və verməyə davam edirlər. İstədiyin gün axşam bizə çay içməyə gəlin.Əvvəlcədən xəbər vermək lazım deyil. Mən – təəssüf ki – həmişə evdəyəm.

EditF.K.”

İncə xəttivar. Qızın incə barmaqları və hirsdən qızaran üzü yenə yadıma düşdü. Məktububir neçə dəfə oxudum, bu bir neçə sətir mənə rahatlıq gətirdi. Mənim axmaqlığımhaqda necə də sadədilliklə susdu! Və eyni sadədilliklə öz şikəstliyinə işarəvurdu: "Mən – təəssüf ki – həmişə evdəyəm.” Bundan daha artığını istəyə bilməzdim.Zərrə qədər inciklik əlaməti yoxdur. Çiynimdən yük götürüldü. Özümü ömürlük həbsəməhkum olunacağını gözləyən məhkum kimi hiss edirdim, hakimsə ayağa durub bəraətqazandığımı dedi. Əlbəttə ki, elə bu həftə ona təşəkkür etməyə gedəcəyəm. Bugün cümə axşamıdır. Deməli bazar günü. Yox, şənbə daha yaxşıdır!

Ammasözümün üstündə dayana bilmədim. Çox səbirsiz idim. Orda nələr baş verdiyiniöyrənmək istəyi mənə rahatlıq vermirdi. Həm də xəbər yayılsaydı, kafedə, ya dakazinoda məndən soruşsaydılar ki: "Kekeşfalvalargildə nə baş verib?” – açıqalınla cavab vermək istəyirdim: "Çox gözəl adamlardı, elə dünən də ordaydım.”Onda boynumdan tutub bayıra atmadıqları məlum olardı. Bircə bu biabırçı hadisəninnöqtəsini qoya bilsəydim. Rahatlıq tapa bilmədiyim üçün elə növbəti gün oragetdim, cümə günü. O axşam dostlarım Yoji və Ferenslə Korsoda gəzirdik. Birdəngetmək qərarına gəldim, dostlarımla sağollaşıb ayrıldım.

Kekeşfalvalarınvillası çox uzaq deyildi, yaxşı addımlarla getsən yarım saata çatmaq olardı.Əvvəlcə şəhərin içiylə beş dəqiqə gedirdin, sonra tozlu yol başlanırdı, bu yolməşğələ meydançasına qədər uzanırdı, biz hər gün bu yolu gedib-gəlirdik,atlarımız artıq buranın hər daşını, hər döngəsini yaxşı tanıyırdı, atıbaşlı-başına buraxsaydın da özü gedəcəkdi. Sonra sola dönürdün, burdanşabalıdlıq başlayırdı, bu yoldan piyadalar da, ekipajlar da nadirən istifadəedirdi.

Qəribədir,villaya yaxınlaşdıqca iradəm itirdi. Elə bil diş həkiminin qapısındadayanmısan, özlüyündə götür-qoy edirsən ki, bəlkə həkim çağırmamış çıxıb gedim?O vəziyyətdə idim. Doğrudan da, bu gün getmək belə vacibdir? Axı o balaca məktublaincimədiyini bildirib. Artıq addımlarım yavaşımışdı. İradəm get-gedə zəifləyirdi.Nəhayət, evə girməmişdən qabaq evin ətrafında bir az gəzişmək qərarı aldım.

Evbarokko üslubunda tikilmiş uzunsov birmərtəbəli bina idi. Qədim Avstriyastilində rənglənmişdi. Daş divardakı deşiklərdən baxanda gördüm ki, həyətinbaşında başqa tikililər var, bunlara gecə fikir verməmişdim, çox güman buotaqlar qulluqçular və atlar üçün tikilmişdi. Yox, Kekeşfalvanın villası içəridəngöründüyü kimi müasir bina deyilmiş, bu elə qədimi zadəgan evidir. Bircə evinyanındakı hündür qüllə qəribə təsir buraxır, görünüşündən campanile`yə (zəngqülləsi – it.) oxşayır, ola bilsin o çox-çox illər qabaq burda olan qaladanqalıb. Bu qüllə təlim meydançasından görünürdü və mən elə bilirdim ki, o kəndkilsəsinin zəng qülləsidir.

Nəhayət,hasar bpyu gəzib yenə qapının qabağına gəldim. Özümü ələ alıb xiyabandankeçdim, ənənəyə görə ev qapısının üstündən asılan bürünc çəkiclə qapını döydüm.O saat lakey çıxdı. Qəribədir, o xəbərdarlıqsız gəldiyimə zərrə qədər də təəccüblənmədi.Heç verməyə hazırlaşdığım vizit kartımı da almadı, təzim edib məni qonaqotağına dəvət etdi. Xanımlar indi öz otaqlarındadır, amma indicə gələcəklər.Lakey məni qonaq otağına dəvət edib getdi. Budur, o gecə vals oynadığımız iriotaqdaydım. O biabırçı hadisənin baş verdiyi otağın qapısına tərəf baxmağa çəkinirdim.Amma tezliklə ordan gələn səslər diqqətimi çəkdi. Kimlərsə alçaqdandanışa-danışa stulları düzürdülər, ehtiyatla hərəkət etməklərinə baxmayaraqayaq səsləri də eşidilirdi. Gözləyə-gözləyə qonaq otağına nəzər saldım: LouisSeize (Onaltıncı Lüdovik – it.) stilində möhtəşəm mebel düzülüb, sağda və soldaqədimi heykəllər qoyulub, birbaşa parka aparan yola açılan şüşə qapınınyanlarında isə Canale grande (Böyük kanal – it.) və Piazza San Marco (MüqəddəsMark meydanı – it.) mənzərəli iki rəsm əsəri asılıb. Belə şeylərdən başımçıxmır, amma zənnimcə bahalı rəsmlərdir. Belə şeylərə çox marağım olmadığındantəzədən içəri otaqdan gələn səslərə qulaq asmağa başladım.

Düzülənnimçələrin səsi gəldi. Sonra elə bil qapı açıldı və qoltuq ağaclarının yüngültıqqıltısını eşitdim.

Sonraqapı açıldı və İlona çıxdı.

- Cənableytenant, nə yaxşı gəldiniz! – Bunu deyən kimi məni artıq tanış olduğum otağaapardı. Həmin küncdə, həmin kresloda, həmin dairəvi stolun dalında (nə üçün məniməhz bu otağa gətirdilər?) xəstə qız oturmuşdu, ayaqlarının üstünə ağ xəz ədyalsalmışdılar. Edit oturduğu yerdən təbəssümüylə məni salamladı, şübhəsiz bunu əvvəlcədənhazırlamışdı. Amma hələ də o hadisənin ağırlığı üstümüzdə qalmışdı. Editin əlinimənə uzadanda o hadisəni fikirləşdiyini hiss etdim. Deyəsən heç birimizdanışmağa cəsarət edə bilməyəcəyik.

Xoşbəxtlikdənİlona sükutu pozdu:

- Cənableytenant, sizə nə təklif edək, çay yoxsa kofe?

- Sizənecə uyğundursa.

- Yox,siz hansını daha çox xoşlayırsınız? Amma düzünü deyin, xahiş edirəm.

- Ondakofe, zəhmət olmasa. – Səsimin titrəmədiyinə sevinirdim.

İlonaöz sualıyla gərginliyi aradan qaldırmışdı. Amma gərək qulluqçuya göstəriş verməküçün otaqdan çıxmayaydı. Qurbanımla təkbətək qalmaq xoşagəlməz vəziyyət idi. Nəsədemək lazım idi, tout prix (nə olur olsun – fr.) söhbətə başlamaq lazım idi.Boğazımda nəsə düyünlənmişdi, danışa bilmirdim, heç ona tərəf baxmırdım da, eləbilər ayaqlarına baxıram. Yaxşı ki, Edit özünə daha çox hakim idi.

-Oturun, cənab leytenant. Bu krelonu özünüzə tərəf çəkin, bax bunu. Nə üçünqılıncını çıxartmırsınız? Biz ki vuruşmağa hazırlaşmırıq... Onu... bax ora,stolun üstünə, ya da pəncərənin qabağına qoyun, hara istəyirsiniz.

Kreslonuözümə tərəf çəkib oturdum. Amma hələ də özümü ələ ala bilməmişdim. Edit bu dəfədə köməyimə çatdı.

- Mən hələsizə möhtəşəm güllərə görə təşəkkür etməmişəm... Onlar həiqətən möhtəşəmdirlər,baxın görün vazda necə gözəl görünürlər. Bir də... birdə axmaq hərəkətimə görəsizdən üzr istəməliyəm... özümü çox pis apardım... sonra bütün gecəni yata bilmədim,çox utanırdım... Siz axı məni incitmək istəməmişdiniz, siz axı hardan biləydiniz?..Bundan başqa... – o bərkdən güldü, - siz mənim ürəyimdən keçəni oxudunuz. Özümbilə-bilə bu cer oturmuşdum ki, oynayanları görüm və siz mənə yaxınlaşanda mənməhz oynamaq istəyirdim. Rəqsdən ötrü ürəyim gedir. Saatlarla rəqs edənadamlara baxa bilərəm. Doğrudan. Onda mənə elə gəlir ki, mən özüm oynayıram, mənaxı uşaqlıqda oynamağı çox xoşlayırdım, yaxşı da oynayırdım... gecələr yuxudatez-tez oynadığımı görürəm... Hə, gülməli olsa da, mən yuxuda rəqs edirəm. Bəlkədə bu atam üçün daha yaxşı oldu, yəni belə olmağım, yoxsa çox güman evdən qaçıbbalerina olacaqdım... Özünüz fikirləşin, oynamağınla, hərəkətlərinlə hər gücəyüzlərlə adamı heyran eləmək... möhtəşəm hiss olmalıdır. Yeri gəlmişkən, mənaxı böyük balerinaların şəkillərini yığıram. Məndə hamısının kartları var –Saqarenin, Pavlovanın, Karsavinanın. Bütün rollarını yığmışam. Dayanın, indisizə göstərəcəyəm... onlar mücrüdədir... orda, kaminin üstündə... Çin mücrüsündə...Yox, o yox, solda, kitabların yanındakı... Yaman astagəlsiniz! Hə, o! (Nəhayətmücrünü tapıb ona gətirdim.) Üstdəki ən sevimli kartımdır, Pavlova, öləndurna... Ah, əgər ömrümdə bircə dəfə gedib ona baxa bilsəydim, o ən xoşbəxtgünüm olardı!

İlonanınbayaq çıxdığı qapı yavaş-yavaş açıldı. Edit cinayət başında yaxalanan adamlarkimi tələsik mücrünü bağladı. Mənə dedi:

- Sizədanışdıqlarımı onlara deməyin! Bircə kəlmə də!

Qapınıaçan qoca lakey imiş. Onun dalınca İlona balaca çay stolunu içəri sürdü. O kofesüzüb yanımızda oturdu, İlona gələn kimi özümü daha rahat hiss etdim. Çaystoluyla içəri girən və indi də ayaqlarıma dolaşan böyük pişik söhbətə rəvacverdi. Sonra sorğu-sual başlandı: bura haçan gəlmişəm, qarnizon həyatı necədir,leytenant filankəsi tanıyıram ya yox, Vyanaya tez-tez gedirəm, yoxsa yox. Beləlikləaramızda adi söhbət başlandı və mənim həyəcanım yavaş-yavaş əriyib getdi. Aradaqızlara baxırdım, İlona artıq qadın idi, Edit isə onun yanında uşağa oxşayırdı.Biriylə öpüşmək, rəqs etmək istəyirdin, o birini isə əzizləmək.

Aradanbir saat, bəlkə də saat yarım keçdi. Birdən qonaq otağından kimsə səssizaddımlarla bizim otağa gəldi, elə ehtiyatla hərəkət edirdi ki, elə bil bizəmane olmaqdan qorxurdu. O Kekeşfalva idi.

-Oturun, xahiş edirəm narahat olmayın. – Mənim ayağa durmaq istədiyimi görübdurmağa qoymadı, sonra əyilib qızının alnından öpdü. Əynində həminki sürtukla dəbikeçmiş qalstuk vardı (onu heç vaxt başqa geyimdə görmədim), nüfuzedicibaxışlarından həkimlərə oxşayırdı. Doğrudan da, həkim xəstənin çarpayısına necəehtiyatla oturursa, o da elə ehtiyatla qızının yanında oturdu. O içəri girənkimi elə bil hamımız kədərləndik. Bayaqdan şən keçən söhbətimizin ritmipozuldu. Deyəsən özü də bunu hiss etdi və söhbəti canandırmaq üçün cəhd göstərdi.O da məndən xidmətimin necə keçdiyini, rotmistrlə tanış olub-olmadığımı, indinazirlikdə işləyən əvvəlki polkovniki tanıyıb-tanımadığımı soruşdu. Bilmirəm nəüçün, amma polkumuzdakı yüksək çinli zabitlərlə tanış olduğunu deyəsən xüsusivurğuladı.

On dəqiqədə oturum, sonra gedərəm, deyə fikirləşdim. Elə bu vaxt yavaşdan qapı döyüldü,lakey ehtiyatla, barmaqlarının ucunda otağa girib Editin qulağına nəsəpıçıldadı. Edit hirslə dedi:

- Qoygözləsin. Ya da yox, ona deyin bu gün məni rahat buraxsın. Getsin, o mənə lazımdeyil.

Hamımızonun qızğınlığından utandıq. Çox oturdum, deyib ayağa durdum. Amma Edit lakeyinüstünə qışqırdığı kimi mənim də üstümə qışqırdı:

- Yox,dayanın! Bunlar hamısı boş şeylərdi.

Düzünəqalsa, bu cür tonla danışmaq tərbiyəsizlik idi. Deyəsən atası da bundan narahatolmuşdu, yazıq-yazıq dedi:

- Edit,axı...

Edit eləbil atasının və mənim özümüzü itirdiyimizi indi gördü, özünə hakim ola bilmədiyinibaşa düşüb mənə dedi:

- Mənibağışlayın, amma Yozef gözləyə bilərdi. Xüsusi heç nə yoxdur, o masajistdir, mənimləhər gün gimnastika edir. Boş-boş şeylərdir – bir-iki, bir-iki, yuxarı, aşağı –və gözəl günlərin birində mən sağalacağam. Əziz həkimimizin ən yeni tapıntısı.Əslindəsə əziyyətdən başqa bir şey deyil. Bunun da xeyri yoxdur. Heç nəyinxeyri yoxdur.

Qızatasına baxdı, onu günahlandırdığı məlum idi. Atası utana-utana (məndənutanırdı) ona tərəf əyildi:

-Qızım... sən doğrudan fikirləşirsən ki, Kondor həkim...

Ammaatası sözünü yarım kəsdi, çünki Editin dodaqları titrəməyə başladı. O gün də əvvəlcədodaqları titrəmişdi, təzədən tutmasının tutacağından qorxdum. Amma o qızarıbgözlənilmədən deyingən tonla dedi:

-Yaxşı, siz deyən olsun, gedəcəyəm. Üzr istəyirəm, cənab leytenant, ümid edirəmsizi tezliklə bir də görə biləcəyəm.

Mən təzimedib getməyə hazırlaşdım. Edit təzədən fikrini dəyişdi:

- Ya dayox, yaxşısı atamla qalın.

Səsiamiranə çıxdı. Sonra o stolun üstündəki balaca bürünc zınqırovu götürüb çaldı,sonralar fikir verdim ki, Edit lazım olanda kimisə çağırsın deyə evdəki bütün stollaınüstünə belə balaca zınqırovlar qoyulub. Zınqırov çalınan kimi bayaq gələn lakeyotağa girdi.

- Köməkelə! – O dizlərinin üstündəki xəz ədyalı atıb dedi. İlona ona tərəf əyilib nəsəpıçıldadı, amma Edit hirslə dedi. – Yox, Yozef mənə ancaq qalxmağa kömək edəcək.Mən özüm gedəcəyəm.

Lakeyona tərəf əyilib qoltuğundan tutdu və qızın yüngül bədənini qaldırdı, lakeyinbuna artıq adət etdiyin görünürdü. Edit ayağa durub kresloya söykəndi, sınayıcınəzərlərlə hamımıza bir-bir baxdı, sonra ədyalın altında gizlətdiyi qoltuqağaclarını götürüb dodaqlarını dişlədi və bədənini qabağa atmağa başladı.Tıqqıltı sala-sala qapıya tərəf getməyə başladı, lakey isə əllərini yana açıbyıxılsa hər an onu tutmağa hazır vəziyyətdə dalınca gedirdi. Mən səsləri,Editin nəfəs almağını eşidirdim, amma ona baxmağa cəsarətim çatmırdı, ürəyim bərkdəndöyünürdü.

Qızotaqdan çıxdı, qapı bağlandı. Bütün səslər kəsiləndən sonra gözlərimi yerdənqaldırdım. Kekeşfalva pəncərənin qabağına gedib diqqətlə harasa uzağa baxırdı,onun yerindən durduğunu hiss eləməmişdim. Onun titrəyən çiyinlərini görürdüm. Hərgün bu mənzərəni görməyə öyrəşmiş ata da mənim kimi ruhən çökmüşdü.

Elə bilotağın havası soyumuşdu. Bir neçə dəqiqə sonra Kekeşfalva mənə tərəf dönüb buzüstündə gəzirmiş kimi ehtiyatla addım ata-ata yaxına gəldi.

- Cənableytenant, xahiş edirəm qızıma acığınız tutmasın... o bu illər ərzində az çəkməyib...Nəsə eləmək istəyirik, amma irəliləyiş demək olar ki, yoxdur. O səbrini itirib,onu başa düşürəm. Amma nə etmək olar? Gərək hər yola əl ataq, hər şeyiyoxlayaq.

Qocaçay stolunun yanında dayandı. Danışdığı vaxt mənə baxmırdı, sonra qənddandanbir parça qənd götürüb barmaqlarının arasında oynatdı, təzədən qənddana atdı.Bu vaxt o sərxoş adamlara oxşayırdı. Amma yenə mənə baxmadı, stolun üstündə nəsənəzərini cəlb edirdi elə bil, stola baxmağa davam edirdi. Sonra çay qaşığını əlinəgötürüb təzədən yerinə qoydu, qaşığa baxa-baxa danışmağa başladı, elə bilqaşığa müraciət edirdi:

- Onu əvvəllərgörəydiniz! Bütün günü evdə obaşdan-bubaşa qaçırdı. On bir yaşı olanda ponisinidördnala çapırdı, heç kim ona çata bilmirdi. Biz – mənimlə mərhum həyatyoldaşım ona görə çox qorxurduq, o çox ehtiraslıydı, qanı qaynayırdı... Bizə eləgəlirdi ki, o əllərini açsa uçacaq... Və bu hadisə də onun başına gəldi, məhzonun...

Çalsaçlı başı bir az da aşağı əyildi. Əsəbi barmaqları hələ də çay stolunun üstündəgəzib müxtəlif əşyaları götürürdü, indi də qənd qayçısını götürüb stolun üstündəmüxtəlif fiqurlar cızmağa başladı. Onubaşa düşürdüm, o gözümün içinə baxmağa utanırdı.

- Ammaindi onu sevindirmək çox asandır. Hər xırda şeyə görə uşaq kimi sevinir. O indihər yüngül zarafata gülə bilər, istənilən kitab onu valeh eləyə bilər. Siz onugöndərdiyiniz gülləri alanda görəydiniz, elə vəcdə gəlmişdi ki... Elə bilirdisizi incidib... O hər şeyi bizdən daha yaxşı başa düşür, hiss eləyir. Əminəmki, baş verənlərə görə o bizim hamımızdan çox narahatdır. Amma onun da səbrininqədəri var, həmişə səbr edə bilməz axı. Tanrı ona qarşı ədalətsizlik elədi, axıo heç nə eləməmişdi... heç kimə pislik eləməmişdi...

O hələdə qənd qayçısıyla cızdığı fiqurlara baxırdı. Sonra elə bil özünə gəldi,öz-özüylə yox, tamam yad biriylə danışdığını başa düşdü, qayçını stolun üstünəqoyub başını qaldırdı, zəif, amma ötkəm səslə dedi:

-Bağışlayın, cənab leytenant... Nə üçün öz dərdimlə sizi narahat elədim axı? Sadəcə...istəmirəm onun haqqında pis fikirləşəsiniz... Sizə izah etmək istəyirdim ki...

Heçbilmirəm onun sözünü kəsmək cəsarətini hardan tapdım. Ayağa durub onayaxınlaşdım və əlindən tutdum. Heç nə demədim. Sadəcə onun qoca, damarlarıçıxmış, titrəyən əlini tutub sıxdım. O heyrətlənib başını qaldırdı, əminolmayan nəzərlərlə mənə baxdı. Nəsə deyəcəyindən qorxurdum. Amma o dadanışmadı. Getdikcə daha çox həyəcanlanırdım, buna görə də təzim edib çıxdım.

Dəhlizdəlakey şinelimi geyinməyə kömək etdi. Birdən hardansa hava vurduğunu hiss elədim.O tərəfə baxmasam da, Kekeşfalvanın mənə təşəkkür etmək istədiyini və çıxıbqapıda dayandığını başa düşdüm. Amma mən hissiyyata qapılmaqdan qorxurdum. Onagörə də o tərəfə baxmadım, elə bil heç nə hiss eləməmişəm və tələsik bu bədbəxtevdən çıxıb uzaqlaşdım.

Növbətisəhər, hələ alaqaranlıqda, şəhər camaatı yatan vaxt adəti üzrə bölüyü təlimmeydançasına apardım. Polkdan çıxıb çaparaq meydançaya gəldik. Mən qabaqdaçapırdım. Mən at çapmağı sevirəm, ehtirasla sevirəm. Ulanlar da mənə baxıb həvəsəgəlirdi. Meydançaya çatdıq. Burdan Kekeşfalvanın evi görünürdü. Birdən-birə atçapmaq həvəsim öldü. "Bəlkə Edit pəncərədən bura baxır? – deyə fikirləşdim. –Bir dəfə onu rəqsə dəvət etməklə təhqir etmişəm, bəlkə indi də at çapmaqla onunyarasını təzələyirəm?” Bölüyə dur əmri verib atdan düşdüm. Ulanlar təəccüblə mənəbaxırdılar. Məndən yenə də "Çaparaq!” - əmrini gözləyirdilər. Amma əbəs yerə.Beynimdə fikirlər bir-birinə qarışmışdı. At çapmağı ehtirasla sevən, baletoynamağı arzulayan qız yadımdan çıxmırdı. Sağlamlığımdan utanırdım. Ammatezliklə öz-özümə dedim: "Mənim belə etməyimlə qız sağalmayacaq. Boş şeylərdirhamısı!” Ata minib əmr verdim: "Çaparaq irəli!”

Tərcümə: Həmid P.

0
Yarpaq.az