Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq

SİYASƏT
12:58 / 25.05.2024
321

ABŞ Prezidenti Cozef Bayden Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinə yönəlik addımlarını alqışladığını bildirib.

HİT.az-ın məlumatına görə, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Cozef Bayden Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda ABŞ-nin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etdiyini bəyan edib:

"Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq".

0