Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyun aylarında ölkə üzrə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, şəhər və rayonlar arasında ən yüksək orta aylıq əməkhaqqı Xankəndidə qeydə alınıb. Bu şəhərdə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 644,3 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 1000 manatdan yüksək əməkhaqqının verildiyi 7 şəhər və rayon var:
Xankəndi şəhəri – 1 644,3 manat;
Bakı şəhəri – 1 487,3 manat;
Daşkəsən rayonu – 1 248,6 manat;
Şuşa rayonu – 1 143,8 manat;
Xocalı rayonu – 1 097,5 manat;
Zəngilan rayonu – 1 046,9 manat;
Gədəbəy rayonu – 1 027,6 manat.
Onu da qeyd edək ki, orta aylıq əməkhaqqının ən aşağı olduğu rayon Qax rayonu olub. Bu rayonda orta aylıq əməkhaqqı 584,7 manat təşkil edib. Qax eyni zamanda Azərbaycanda əməkhaqqının 600 manatdan aşağı olduğu yeganə rayondur.
Məlumat üçün bildirək ki, Azərbaycanda orta aylıq əməkhaqının 700 manatdan aşağı olduğu 20 rayon var:
Qax rayonu – 584,7 manat;
Balakən rayonu – 642,4 manat;
Zərdab rayonu – 646,0 manat;
Xızı rayonu – 648,5 manat;
Ağstafa rayonu – 655,6 manat;
Ağcabədi rayonu – 655,8 manat;
Göyçay rayonu – 657,7 manat;
Masallı rayonu – 660,1 manat;
Beyləqan rayonu – 665,8 manat;
Ağdaş rayonu – 673,5 manat;
Zaqatala – 675,6 manat;
Saatlı rayonu – 678,5 manat;
Lerik rayonu – 680,1 manat;
Tərtər rayonu – 680,9 manat;
Samux rayonu – 683,7 manat;
Yardımlı rayonu – 684 manat;
Tovuz rayonu – 685,1 manat;
Oğuz rayonu – 689,7 manat;
İsmayıllı rayonu – 994,1 manat;
Ağsu rayonu – 698,2 manat.


