Türkiyə elektromobil satışında Avropa İttifaqı ölkələrini KEÇDİ

AVTO
11:35 / 29.03.2024
960

Türkiyədə elektrikli avtomobillərin satışı kəskin artıb.

Hit.az xəbər verir ki, qardaş ölkədə cari ilin ilk iki ayında 8 min 255 ədəd elektromobil satılıb.

Bu barədə Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumat yayıb. 

Bildirilib ki, bu ilin müvafiq dövründə elektrikli avtomobillərin satışlarının 329,5 faiz artması deməkdir. Bu isə Avropa İttifaqındakı bəzi ölkələrdən daha yaxşı göstəricidir. Beləliklə, Türkiyə ilin ilk ayındakı elektromobil satışları ilə İspaniya, İtaliya, Avstriya, Danimarka və Finlandiya kimi Avropa İttifaqı ölkələrini keçərək 6-cı sıraya yüksəlib. 

Qeyd edək ki, sözügedən dövrdə Avropa İttifaqında ən çox elektromobillər satan ölkələr siyahısına 49 min 953 ədədlə Almaniya başçılıq edir. Onu 45 min 842 ədəd satışla Fransa və 19 min 380 satışla isə Belçika izləyib. Niderland 17 min 4 satışla dördüncü, İsveç isə 10 min 165 ədəd elektromobil satışı isə beşinci sırada qərarlaşıb. 

Pərviz

0