Bakı Dövlət Universitetində keçirilən “Sənətdə qırmızı” rəsm sərgisi böyük diqqəti çəkib

MƏDƏNİYYƏT
10:05 / 28.04.2024
462

Aprel ayının 26-da “Alleqoriya” incəsənət platformasının təşkilatçılığı, Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə BDU-da “Sənətdə qırmızı” adlı rəsm sərgisi baş tutub.

Əsasən  gənc rəssamların qatıldığı bu sərgidə onların yaratdığı rəsm əsərlərini sənətsevərlər və tələbələr böyük maraqla qarşılayıb. 

“Sənətdə qırmızı” sərgisi “Alleqoriya”nın təşkil etdiyi ilk sərgi olsa da, böyük uğurla yekunlaşıb. 

Bu sərgi həm rəssamların özünü ifadə etməsi, həm incəsənətin əlçatanlığının artırılması, həm də tələbələri mədəni istirahətə dəvət etmək baxımından əhəmiyyətlidir.
 
Sərgidə qırmızı rəngin müxtəlif çalarlarını əks etdirən əsərlər yer alıb.

Rəssamlar sevgi, şövq, qəzəb, təhlükə, sülh, empatiya, cəsarət kimi müxtəlif duyğuları qırmızı rəng vasitəsilə ifadə edərək, sənətsevərlərə öz əsərləri ilə çatdırıblar. 

“Alleqoriya”dan bildirildiyinə görə, bu tip sərgilər davamlı olacaq və gənclərin incəsənətə marağının artırılması üçün digər layihələr də həyata keçiriləcək.

İncəsənətin birləşdirici gücünə və təsirinə inanan platforma bu sərgi ilə sənət dünyasına yeni nəfəs gətirdiyinə inanır.

 Bizimlə 
əlaqə ( mob: 070 353 05 12)

Telegram:
 t.me/alleqoriya

Instagram: instagram.com/alleqoriyart/

YouTube: youtube.com/@Alleqoriyart

0