Yeniyetmə ailəsinin bütün pullarını onlayn oyunlara xərcləyib

DÜNYA
23:00 / 28.03.2024
225

Çindən olan bir yeniyetmə ailəsinin bütün əmanətlərini onlayn oyunlara xərcləyib.

HİT.az "Asia One" portalına istinadən xəbər verir.

Yeniyetmənin valideynlərinin dediyinə görə, onlar 37 min dollar itiriblər.

Çenq soyadlı Çin vətəndaşı ailəsinin bank kartına çıxışı olan 15 yaşlı oğlunun bütün pulu onlayn oyunlarda alış-verişə xərclədiyini deyib. Atasının dediyinə görə, bütün bunlar onun bir neçə il zavodda işləyərkən topladığı əmanətlər olub.

Bundan əlavə, Çenq keçən il işdə ayağını sındırdığı üçün hələ işə gedə bilmir. Xoşbəxtlikdən kişinin böyük qızı köməyə gəlib və məbləğin kiçik bir hissəsini qaytara bilib. Onlayn oyunun nümayəndələri bildiriblər ki, onlar yeniyetmənin xərclədiyi pulu qaytarmağa çalışacaqlar.

Samir

 

0