Monika Levinski Ağ Evi ruhi xəstəxana adlandırdı

DÜNYA
22:35 / 26.04.2024
217

Teleaparıcı, sahibkar və 1998-ci ildə ABŞ prezidenti Bill Klintonla münasibətinə görə yaranan böyük qalmaqalın keçmiş iştirakçısı Monika Levinski Ağ Evi ruhi xəstəxana adlandırıb.

HİT.az xəbər verir ki, o, keçmiş iş yeri haqqında X sosial şəbəkəsində (keçmiş Twitter) yazı dərc edib.

Levinski sosial media istifadəçilərinin Teylor Sviftin yeni mahnısı olan "Who's Fraid of Little Old Me?" adlı yeni mahnısından sitat gətirdiyi və təcrübələri ilə əlaqəli yerlərin və obyektlərin şəkillərini yerləşdirdiyi bir tendensiyaya qoşulub:

"Məni böyütdükləri ruhi xəstəxanada bir saat belə yatmazdın".

50 yaşlı Levinski 1995-ci ildə stajyer kimi işləməyə başladığı Ağ Evin şəklini yerləşdirib.

Samir

0