Fransa Avropa dəyərlərinin qorunmasına çağırdı

DÜNYA
21:37 / 25.04.2024
200

Fransa prezidenti Emmanuel Makron Avropanın humanizm ideyalarını müdafiə etməyə çağırıb. 

HİT.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə o, Parisdə Sorbonna Universitetində çıxışı zamanı bildirib.

Fransa liderinin sözlərinə görə, avropalı olmaq təkcə qitədə yaşamaq demək deyil. Onun fikrincə, Avropa ölkələrinin vətəndaşları azad fərdləri hər şeydən üstün tutan insan ideyasını müdafiə etməlidirlər.

"Bu, özümüzə demək deməkdir: Parisdən Varşavaya və Lissabondan Odessaya qədər bizim azadlıq və ədalətə münasibətimiz eynidir" deyən Makron çıxışında general Şarl de Qollun məşhur ifadəsinə istinad edib: Avropa Atlantikdən Urala qədərdir.

Samir

0