ABŞ Rusiyaya ikili təyinatlı mallar tədarük etdiyi üçün Çini hədələdi

DÜNYA
17:57 / 26.04.2024
199

ABŞ yenidən Çini Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək ikili təyinatlı mallar verməkdə ittiham edib. 

HİT.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Çində mətbuat konfransında danışan Blinken "Çin bu problemi həll etməsə, biz də həll edəcəyik" deyib. Onun sözlərinə görə, “Rusiya hərbi-sənaye kompleksini qidalandırmaq təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir”, bütün G7 ölkələri bununla razılaşır.

Blinkenin sözlərinə görə, Çin Moskvanın müdafiə sənaye kompleksinin imkanlarını genişləndirmək üçün istifadə etdiyi iddia edilən dəzgahlar, mikroelektronika və digər ikili təyinatlı malların ən böyük tədarükçüsüdür.

Aprelin 23-də Çin Rusiya ilə ticarətlə əlaqədar ABŞ-ın potensial sanksiyalarından danışıb. Çin Xarici İşlər Nazirliyi ikili təyinatlı malların ixracının nəzarət altında olduğunu qeyd edib və Çinin digər dövlətlərlə, o cümlədən Rusiya ilə ticarət və iqtisadi qarşılıqlı əlaqədə qanuni hüququ olduğunu vurğulayıb.

Samir

0