Uşaqlarda normal temperatur neçə olmalıdır və uşaq qorxursa nə eləmək lazımdır?

ÖLKƏ
21:19 / 19.04.2024
170

Uşaqlarda normal temperatur neçə olmalıdır və uşaq qorxursa nə eləmək lazımdır?

Hit.az-ın bu dəfəki həkim qonağı pedatr Məhbubə Qasımovadır.

Məhbubə xanım  uşaqlarda temperaturun anidən yüksəlməsi və azalması ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib.

“Bir valideyn sual verib ki, yatmazdan əvvəl bir yaşlı uşağın hərarəti 34,4 idi, həmişəki kimi sakit görünürdü, heç nə onu narahat etmirdi, bir saatdan sonra temperaturu 35,5-ə qalxdı, səhər 36,2 oldu. Burada hansısa problem varmı? 

34 dərəcə temperatur qorxulu deyilmi?

"Bu şəkildə həddən çox sual verən valideynlər var, ona görə nəzərə çatdırmaq istəyirəm ki, uşaqlarda normal temperatur 35,5 ilə 37,4 ° C arasındadır. Ola bilsin ki, bu, sadəcə olaraq temperaturun ölçülməsində səhv olub. Əgər 35,5°-dən aşağıdırsa, mütləq pediatrınızla əlaqə saxlayın. Başqa bir valideyn soruşub ki, limfa düyünləri nədən şişir. Limfa düyünləri bədənin polisidir, boğazda. Dişdə, ümumiyyətlə orqanizmin hər hansı bir nöqtəsində iltihabi proses yaranarsa, uşaqlarda limfa düyünləri şişir, xüsusən boyunda. Qoltuq altında şişlər daha aydın görünür.

Başqa bir ana 8 aylıq uşağının anidən çox susqunlaşdığını və tez-tez qorxduğunu, diksindiyini bildirib.  Bu hallar uşaqlarda ünsiyyətdən yorulduğu zamanlar olur. Uşağa dinclik verin, onunla çox oynamayın. ətrafdakıları çox yaxına buraxmayın, heç nə ilə qorxutmayın, 3-4 həftə sonra uşaq öz əvvəlki normal halına qayıdacaq”, deyə o bildirib.

Murad

0