"Şəfa"nın futbolçusu oteldən qovulub? - Özü danışdı

İDMAN
19:41 / 17.10.2026
172

Mətbuatda "Şəfa"nın müdafiəçisi Maudo Jarjue klubun borcuna görə qaldığı oteldən qovulduğu barədə məlumatlar yayılıb.

Qabmiyalı futbolçu məsələ ilə bağlı Hit.az saytına açıqlama verib.

29 yaşlı mərkəz müdafiəçisi iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

"Məni oteldən çıxarmaları ilə bağlı məlumat doğru deyil. Belə bir şey heç vaxt baş verməyib. Bu məlumatı haradan alıblar, bilmirəm, amma yalandır. Gəldiyim gündən bəri klubdan ehtiyacım olan bütün dəstəyi almışam".

0