Dünyaca məşhur amerikalı müğənni Teylor Svift və "Kansas City Chiefs" komandasının oyunçusu Trevis Kelsi bu yaxınlarda, iyulun 3-də Nyu-Yorkda möhtəşəm "əsrin toyu"nu keçiriblər. Lakin pərəstişkarlar artıq məşhur cütlüyün nə vaxt valideyn olmağı planlaşdırdığı ilə maraqlanmağa başlayıblar.
HİT.az-ın məlumatına görə, "Daily Mail" nəşrinə danışan insayder bildirib ki, cütlük hələlik bu məsələni müzakirə etməyib. 36 yaşlı Teylorun ana olmağa tələsməməsinin əsas səbəbi təhlükəsizlik riskləri ilə bağlıdır:
"Onun təhlükəsizlik vəziyyəti çox mürəkkəbdir. Onun dünyasında uşaq böyütmək çətindir".
Məlumata görə, cütlüyün yaxınları da bu məsələdən narahatdırlar. Belə ki, onların evlərinə tez-tez tanımadıqları insanlar yaxınlaşır.
Bundan əlavə, Svift dəfələrlə izləyicilər və təqibçilər tərəfindən təhdidlər alıb. İnsayderin sözlərinə görə, son illərdə belə halların sayı təxminən on olub. Məsələn, 2024-cü ildə hüquq-mühafizə orqanları Vyanada müğənninin konsertində terror aktının qarşısını alıblar.
Mənbələrin bildirdiyinə görə, təhlükəsizlik məsələsi ulduz üçün toy zamanı da ən vacib amillərdən biri olub. Buna görə mərasim "Madison Square Garden"da təşkil edilib, çünki bu məkanda cütlük və qonaqlar üçün yüksək səviyyəli mühafizə təmin etmək mümkün olub.
Samir


