Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, o, özünə ailə həyatı qurmaq üçün saysız-hesabsız təkliflərin edildiyini bildirib:
"Saymaqla bitməz, amma istəmirəm. Mənim üçün bu kitab bağlanıb. Bu saat yadıma sağlam can düşür. Ancaq axirəti düşünürük".
Mətanət Əsədova müğənni olmaq istəyənlərə çağırış edib:
“Böyük yanlışlığım olub ki, səhnəyə gəlib, müğənni olmuşam. Bu dəqiqə səhnəyə gəlmək istəyənlərin sayı çoxdur. Boş şeydir, gəlməyin... Gedin ailə qurun, bir kişinin çörəyini yeyin".


