Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı

MAQAZİN
18:00 / 08.07.2026
41

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib.

Sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:

"Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonra ortaya çıxdı ki, hər şey saxta imiş. Həmin şəxs restoran müdiri idi. Ad günümdə böyük səs-küylə, təmtəraqla guya mənə ev hədiyyə etdi. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır".//Axşam.az

0