54 yaşlı amerikalı aktyor ilk dəfə ata oldu

MAQAZİN
13:08 / 09.07.2026
52

"Qanuni sarışın" ("Legally Blonde") və "The Family Stone" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Lyuk Uilson ilk dəfə ata olub.

HİT.az xəbər verir ki, "Hello" nəşrinin yaydığı məlumata görə, aktyorun özündən 30 yaş kiçik sevgilisi Kendell cütlüyün ilk övladını dünyaya gətirib. Lakin onlar hələlik körpənin cinsini və adını açıqlamayıblar.

Yeni valideynlər "Netflix" platformasının qarşıdan gələn "Yastreb" serialına həsr olunmuş mətbuat konfransına uşaq arabası ilə gələrkən görüntüləniblər.

Lyuk Uilson şəxsi həyatı barədə ictimaiyyət qarşısında nadir hallarda danışır. Məlumata görə, aktyor və Kendell təxminən üç ildir münasibətdədirlər. Cütlük ictimai tədbirlərdə də birlikdə nadir hallarda görünür.

Onlar hamiləlik xəbərini də gizli saxladıqları üçün övladlarının dünyaya gəlməsi aktyorun pərəstişkarları üçün gözlənilməz olub.

Samir

0