Günel Azərbaycana köçməsindən danışdı

MAQAZİN
20:43 / 12.07.2026
43

Müğənni Günel Zeynalova uzun müddətdir Azərbaycana köçməsi haqda sualları cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçi uzun müddətdir İstanbuldan gəldiyini, artıq burada çalışdığını bildirib:

"Fanatların xoş sözlərini eşidirəm. Hamı soruşur Azərbaycandasınız? Bəli, artıq vətənimdəyəm. Amma mənim üçün Türkiyə də, Azərbaycan da doğmadır. Amma Azərbaycandayam, burada fəaliyyət göstərirəm. İndi baxmayaraq ki, məclislər yoxdur, amma toylara gedirəm. Yaxın günlərdə Türkiyəyə də gedib gələcəyəm. İstanbul və evim üçün darıxmışam. Gəlib sonra tətilə yollanacağam".

0