Rusiyalı stilist Vlad Lisovets çiçək motivlərinin dəbdə qalmağa davam etdiyini bildirib və bu trendi gündəlik geyimlərə necə uyğunlaşdırmağın yollarını nümayiş etdirib.
HİT.az xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
"Bu, çiçək əhval-ruhiyyəsi trendi ilə bağlı sizə kiçik xatırlatma və ipuclarıdır", deyə stilist yazıb.
Lisovets müxtəlif obrazlardan ibarət seçim təqdim edərək çiçək motivlərini yalnız geyimlərdə deyil, həm də aksesuarlarda istifadə etməyi tövsiyə edib. Onun sözlərinə görə, çiçək elementləri çantalar, kəmərlər, boyunbağılar, bilərziklər və digər aksesuarlarda uğurla tətbiq oluna bilər.
Bundan əvvəl Vlad Lisovets qış mövsümünün ən aktual saç düzümləri barədə də danışmışdı. O, saçlara daha təbii, yüngül və bir qədər dağınıq görünüş verməyi məsləhət görərək "şeggi", "mullet", laylı kaskad saç kəsimi və "kare" modelini mövsümün əsas trendləri sırasında göstərmişdi.
Samir


