Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb- YENİLƏNİB

ÖLKƏ
09:50 / 21.07.2022
1154

Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

Bu barədə Hit.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.

09:50

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

Hit.az xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

0