Hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir? - Ekspert DANIŞDI

İQTİSADİYYAT
10:13 / 08.10.2024
300

"Sentyabr ayından başlayaraq daşınmaz əmlak bazarında qiymətlər bir qədər bahalaşıb".

Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, hələlik qiymətlərdə ciddi artım yoxdur:

"Yəni daşınmaz əmlak bazarındakı bahalaşma ilin əvvəli ilə müqayisədə 3-5 faizlik bir artım var. Keçən il isə 30 faizə yaxın bir artım qeydə alınmışdı. Ən çox qiymət artımı təkrar mənzil bazarında özünü göstərir. Mənzillərin ən çox bahalaşdığı ərazilər isə Nərimanov, Nəsimi, Xətai, Yasamal və Nizami rayonlarıdır. Digər rayonlarda isə qiymətlər demək olar ki, stabil qalıb".

359694

Ekspert qeyd edib ki, ümumi götürəndə bu il evlərin qiymətində stabillik hökm sürür:

"Bunun da əsas səbəbi ötən il daşınmaz əmlak bazarındakı qiymətlərin təqribən 30 faiz artması idi. Ümumiyyətlə, Azərbaycanda hər 4-5 ildən bir qiymətlərdə ciddi artım olur, sonra isə stabilləşmə baş verir. Məsələn, 2005, 2009, 2014, 2019 və 2023-cü ildə mənzil bazarında ciddi bahalaşma müşahidə etdik. Bu il isə qiymətlərdəki cüzi fərqləri nəzərə almasaq stabillik hökm sürür".

Mütəxəssis fikirlərini belə tamamlayıb:

"Ən çox bahalaşma olan daşınmaz əmlak təkrar mənzil bazarıdıdır. Belə ki, "Leninqrad" və "Kiyev" layihəli evlərin satış qiymətində artım var. Həmçinin, 1970-ci ildən sonra tikilən binaların da qiymətləri artıb. Eyni zamanda, yeni tikililərdə də qiymət artımı müşahidə olunur. Lakin bu qiymət artımları elə də ciddi rəqəmlər deyil". 

Pərviz

0