Xəzərdə balıq tutanda batan şəxslərdən digərinin də meyiti tapıldı

ÖLKƏ
12:37 / 30.07.2022
751

Xəzər dənizində balıq tutanda batan şəxslərdən digərinin də meyiti tapılıb.

Hit.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Xəbərə görə, 28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbətən qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin - 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi isə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən bu gün səhər saatlarında tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd olunub ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası iştirak edib.
 
XXX
 
İyulun 28-də Xəzər dənizində balıq tutarkən batan şəxslərdən birinin meyti tapılıb.
 
Hit.az-ın məlumatına görə, bu barədə FHN məlumat yayıb.
 
Məlumatda deyilir ki, iyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Onunla birgə batan və axtarışı davam edən Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

1