Xaçmazda ər-arvad faciəli şəkildə ölüb

HADİSƏ
12:51 / 10.04.2023
718

Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

0