Sərdar Ortaçın klassikləşən 10 MAHNISI

MAQAZİN
15:10 / 21.11.2024
420

Türkiyənin ən məşhur müğənnilərindən biri Sərdar Ortaçdır.

O, həm peşəkar müğənni, həm də olduqca istedadlı bəstəkardır. Yazdığı bütün mahnıların sözləri və bəstəsi özünə məxsusdur. Həmçinin, bir çox məşhur müğənninin oxuduğu və bu gün belə dillər əzbəri olan mahnıların müəllifi Sərdar Ortaçdır. Yəni, adam həqiqətən böyük istefada malikdir. Sanki mahnı üçün dünyaya gəlib.

Sərdar Ortaç Türkiyə ilə yanaşı, ölkəmizdə və bütün dünyada olduqca populyardır. Onun bu qədər çox sevilməsi izdihamlı konsertlərindən, mahnılarının on milyonlarla dəfə dinlənilməsindən və qonaq olduğu televiziya proqramlarının aldığı yüksək reytinqlərdən görmək mümkündür.

Sərdar Ortaçın o qədər möhtəşəm mahnısı var ki, onlar içərisindən ən yaxşıları seçmək olduqca çətindir. Ona görə də biz bu dəfə Sərdar Ortaçın klassikləşən mahnılarından ibarət onluğa baxacağıq. 

Hit.az sözügedən siyahını təqdim edir:

1. "Dansöz" 
2. "Şeytan" 
3. "Poşet" 
4. "Kara biberim" 
5. "Balım" 
6. "Heyecan" 
7. "Mesafe" 
8. "Mikrop" 
9. "Konuş Yüzüme" 
10. "Gitme" 

Pərviz Şimşək

0