Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO

HADİSƏ
10:48 / 05.11.2024
667
3 il əvvəl fəalliyyətini dayandıran bağça 4-cü dəfədir ki, yanır.
 
Publika.az xəbər verir ki, Mingəçevirin Puşkin küçəsində yerləşən, hazırda istifadəsiz olan 8 saylı körpələr evi və uşaq bağçasında ötən gün yanğın hadisəsi qeydə alınıb.
 
Qəfildən alovlanan binanın birinci mərtəbəsində başlayan yanğını söndürmək mümkün olmadığından hadisə yerinə yanğınsöndürənlər çağrılıb. Yanğınsöndürmə briqadası bağçanın ərazisində başlayan yanğını lokallaşdıraraq onun ətraf ərazilərə yayılmasına imkan verməyib. Sakinlər iddia edirlər ki, sözügedən təhsil müəssəsində yanğınlar qəsdən törədilir.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Mingəçevirdə yerləşən 8 saylı körpələr evi uşaq bağçasında qeydə alınan yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
 
Ətraflı "Xəzərxəbər"in süjetində:
 
 
0