Türkiyə və Azərbaycanın birgə istehsalı olan film çəkilib - Tezliklə festivallarda

MƏDƏNİYYƏT
17:11 / 12.07.2023
760

"Alfeka" (Türkiyə) və "Navis Film" (Azərbaycan) şirkətinin birgə istehsalı olan “Hörmət” filminin istehsal prosesi başa çatıb. Bu barədə "Alfeka" sosial media hesablarında paylaşım edib. 

Film Bakıda tək yaşayan və iş axtaran adamın bir neçə gününü özünəməxsus təsvir və səs effektləri ilə izləyicilərə çatdırır. 

Filmin quruluşçu rejissoru Emil Əli, prodüseri Ali Araz, ko-prodüseri Rəhim Abbasov, təsvir rejissoru isə Elçin Quliyevdir. Ekran əsərində əsas rolları Amid Qasımov,  Ləman Mərrih və digərləri canlandırıb. Psixoloji-dram janrında olan film Ali Araz və Turap Başelin “Barınak” ssenarisinin motivləri əsasında çəkilib. Çəkilişləri Bakıda tamamlanan filmin post-prodakşn işləri isə Türkiyənin İstanbul şəhərində həyata keçirilib. 

“Hörmət” filmi dünyanın bir çox nüfuzlu festivallarına tədqim olunacaq. Qeyd edək ki, rejissorun ilk sənədli filmi “Adam” dünyanın bir çox festivallarının əsas mükafatçısı olub.

0