Erol Babaoğlu "Mükemmel Anneler"də

MƏDƏNİYYƏT
09:45 / 27.11.2026
155

Türkiyəli məşhur aktyor Erol Babaoğlu yeni seriala çəkiləcək.

Hit.az xəbər verir ki, sənətçi "Mükemmel Anneler" serialında rol alacaq.

O, ekran işində "Galip" obrazına həyat verəcək. Layihədə Deniz Çakır, Ebru Özkan, Pelin Akil, Dolunay Soysert, Ferit Kaya və Emrah Altıntoprak kimi məşhurlar da çəkiləcək.

Qeyd edək ki, 49 yaşlı aktyor karyerası ərzində “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Gaddar”, “Hudutsuz Sevda” və “Eşref Rüya” kimi iddialı seriallarda rol alıb.

Pərviz

0