Çiçəklərlə bağlı bu məlumatları bilirdiniz?

MARAQLI
21:10 / 19.01.2024
743

Çiçəklər dünyanı gözəlləşdirən əsas elementlərdən biridir. 

Dünyada müxtəlif rəngə və qoxuya sahib çiçəklər mövcuddur. Onlar, hər yerə fərqli bir ab-hava qatma özəlliyinə də sahibdirlər. Hər bir evdə, ofisdə və ya istənilən yerdə rahatlıqla çiçək yetişdirmək mümkündür. Gözəllikləri ilə hər kəsi məst edən çiçəklər barədə də bir-birindən maraqlı məlumatlar var. 

Hit.az çiçəklərlə bağlı 10 maraqlı məlumatı təqdim edir:

1. Özünü təmizləmək qabiliyyətinə malik olan yeganə çiçək palçıqlı mühitlərdə böyüyən Lotus çiçəyidir.
2. Dünyada 15.000-dən artıq qızılgül növü olduğunu bilirdiniz? 
3. Bütün güllərdən gözəl qoxu gəlmir. Titan Arum adlı çiçəyin qoxusu o qədər bərbaddır ki, ona "cəsəd gülü" də deyirlər. 
4. Fantastik faktla davam edirik. Arizonada yetişdirilən bir çiçək futbol meydançası enində olduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb. 
5. ABŞ-də çiçəklərlə bağlı maraqlı ənənə var. Belə ki, hər ştatın özünün çiçək simvolu mövcuddur. 
6. Kolima çayının sahilindəki dələ yuvasında 31 min illik ağ yarpaqlı qızılgül toxumu tapılıb. 
7. Dünyanın ən bahalı çiçəyi "Kinabalu Qızılı" səhləbi hesab olunur. Buna səbəb onun ilk çiçəyini 15 yaşında açmasıdır.
8. Bambuklar iki ildən bir dəfə çiçək açır. Amma onu maraqlı edən bütün çiçəklərin eyni anda açmasıdır. Onun bir ədədi 6 min dollara satılır. 
9. Çəhrayı rəngi çəhrayı qərənfildən sonra ortaya yaranıb. 
10. Dünyanın ən qədim çiçək qalığı isə 2001-ci ildə Çində tapılıb. O, 125 milyon il əvvələ aid olan su zanbağıdır.

Pərviz

0