"Formula 1": Daha bir məşhur musiqiçi Bakıya gələcək

MƏDƏNİYYƏT
20:08 / 29.03.2023
702

"Formula 1" üzrə Azərbaycan Qran Prisində çıxış edəcək daha bir məşhur musiqiçinin adına aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, niderlandlı DJ Don Diablo aprelin 28-də Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə şou sərgiləyəcək.

Daha əvvəl DJ Hardvellin aprelin 29-da çıxış edəcəyi bəlli olub.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

0