Türkiyədə ilin ən çox satılan avtomobilləri - SİYAHI 

AVTO
10:04 / 07.05.2024
505

Cari ilin ilk 4 ayında Türkiyədə ən çox satılan avtomobil markaları bəlli olub.

Hit.az xəbər verir ki, qardaş ölkədə yanvar-aprel aylarında ən çox satılan marka "Fiat" olub.

"Fiat"ın "Egea Sedan" modeli sözügedən dövrdə 19 min 586 ədəd satılıb. İkinci sırada isə 16 min 158 ədədlə "Renault Clio" gəlir. İlk üçlüyü də elə "Renault" tamamlayıb. Belə ki, "Renault Megane Sedan" modeli də 14 min 92 ədəd satılıb.

Hit.az Türkiyədə yanvar-aprel aylarında ən çox satılan 10 avtomobili təqdim edir:

1. "Fiat Egea Sedan" - 19 min 568
2. "Renault Clio" - 16 min 158
3. "Renault Megane Sedan" - 14 min 92
4. "Toyota Corolla" - 10 min 851
5. "Fiat Egea Cross" - 9 min 755
6. "Chery Tiggo 8 Pro" - 8 min 293
7. "Dacia Duster" - 7 min 537
8. "Togg T10X" - 7 min 148
9. "Chery Tiggo 7 Pro" - 6 min 788
10. "Hyundai i20" - 6 min 213

Qardaş ölkədə aprel ayında ən çox satılan avtomobillər isə aşağıdakılardır:

1. "Fiat Egea Sedan" - 4 min 328
2. "Togg T10X" - 3 min 003
3. "Volkswagen Tiguan" - 2 min 809
4. "Renault Clio" - 2 min 619
5. "Hyundai i20" - 1.903
6. "Chery Tiggo 7 Pro" - 1.832
7. "Chery Omoda 5" - 1.760
8. "Chery Tiggo 8 Pro" - 1.723
9. "Dacia Duster" - 1.688
10. "Toyota Corolla" - 1667

Pərviz

0