Rusiyanın aktivlərinin müsadirəsindən ən çox Çin faydalanacaq - KİV

DÜNYA
19:20 / 28.03.2024
211

Rusiyanın bloklanmış maliyyə aktivlərinin yenidən bölüşdürülməsi kampaniyası beynəlxalq bazarı Çinin xeyrinə əyləşdirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Responsible Statecraft" qəzeti məlumat yayıb.

"Pekin çox güman ki, Qərbin maliyyə müharibəsinin həddən artıq qəddar olmasından diplomatik dividendlər alacaq", deyə materialda qeyd edilir.

Nəşrin fikrincə, Amerika dollarının "militarlaşması" dünya ictimaiyyətində bu valyutanın etibarlılığı ilə bağlı narahatlıq yaradacaq, bu valyutanın de-dollarizasiyasını müdafiə edən və dünya valyuta ehtiyatlarında yuanın payını artırmağa çalışan Çinə əlavə imkanlar verəcək.

"Aktivlərin müsadirə edilməsinin şübhəli təcrübəsi dolların mövqeyini daha da təhlükəli edəcək", deyə nəşr qeyd edib.

Samir

0