Annalena Berbok NATO-nun baş katibi ilə oteldə gizli görüş keçirib

DÜNYA
16:26 / 26.04.2024
193

Almaniyanın xarici işlər naziri Annalena Berbok NATO rəhbəri Yens Stoltenberqlə gizli görüşdə iştirak edib. 

HİT.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Nəşrin məlumatına görə, görüş Berlindəki "Telegraphenamt" otelinin restoranında baş tutub və təxminən üç saat davam edib.

Bundan əvvəl "Bild"in fotoqrafı Maykl Körner siyasətçilərin yeddi təhlükəsizlik əməkdaşının əhatəsində oteldən çıxarkən şəklini çəkib.

Nəşr dəqiqləşdirir ki, Stoltenberq Almaniyaya iyulda Vaşinqtonda keçirilməsi planlaşdırılan NATO sammitinə hazırlıq məsələlərini müzakirə etmək üçün gəlib. Bundan əvvəl alyansın baş katibi Polşaya səfər edib və orada baş nazir Donald Tusk ilə görüşüb və onunla Ukraynaya dəstək və Avropanın müdafiə problemlərini müzakirə edib.

Samir

0