Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

HADİSƏ
14:21 / 26.04.2024
390

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.

Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.

Fakt araşdırılır.

 

0