Elman Cəfərli: "COP-29-da Ermənistanın dağ mədən sənayesi müəsisələrinin su ehtiyatlarımıza qarşı ekoloji təhdidi müzakirə oluna bilər"

COP29
16:31 / 17.05.2024
3764

“Azərbaycanın su ehtiyatlarının azalması qlobal istiləşmə və transsərhəd çaylarımızın keçdiyi ölkələrdə suya tələbatın artması ilə bağlıdır”.

 Bu sözləri Hit.az-a “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. 

O bildirib ki, əsas içməli su qaynağımız olan Kür, Araz, Qanıx və Samur transərhəd çaylarıdır və mənbəyini başqa ölkələrin ərazilərindəki dağ yüksəkliklərindən götürür: 

350524

“İri çaylarımızda suyun azalması onu göstərir ki, yaxın gələcəkdə ölkəmizdə ciddi şəkildə içməli su çatışmazlığı yarana bilər. Bunun üçün zəruri addımları atmaq lazımdır. Öncə kənd təsərrüfatında selləmə suvarma üsulundan imtina olunmalıdır. Çiləmə və damçı suvarma üsulları təqbiq edilməlidir. Xüsusu sosial dəstək paketləri ilə fermerlərin bu üsullara əlçatanlılığı təmin edilməlidir. İkinci görüləsi iş iri şəhərlərdə qənaət rejiminə keçilməsidir. İçməli sudan yaşıllaşdırma və avtoyuma məntəqələrində istifadəsi məhdudlaşdırılmalıdır. Bunun üçün məişət sularının təkrar emalı müəssisələri yaradılmalı, texniki su şəbəkəsi qurulmalıdır. COP-29-da qlobal iqlim dəyişkliklərinin fəsadları müzakirə olunacaq və buna uyğun qərarlar qəbul ediləcək. İçməli su ehtiyatlarımızın azalması daha çox antropogen təsirlərin nəticəsidir. Hesab edirəm ki, bu məsələ bölgə dövlətlərinin birgə müzakirəsi ilə həll edilməlidir. Transərhəd çaylarında suyun ədalətli bölüşdürülməsi məsələsi masaya çıxarılmalıdır. COP-29-da Ermənistanın dağ mədən sənayesi müəsisələrinin su ehtiyatlarımıza qarşı ekoloji təhdidi müzakirə oluna bilər. Çünki ermənilərin ekoloji terroru təkcə Azərbaycanın deyil, Cənbui Qafqazın, bütvölükdə planetimizin ekosisteminə təhlükədir.

Bu günlərdə Azərbaycan Kartoqraflar İctimai Birliyini maraqlı bir layihə həyata keçirib. Çaylarımızı çirkləndirən Ermənistanın dağ mədən sənayesi müəssisələrinin yerləşdiyi ərazilərin xəritəsi hazırlanıb. Hesab edirəm ki, digər qonşu dövlətlərin transərhəd çaylarını çirkləndirən müəssisələrini də ciddi şəkildə araşdırmalı, müvafiq xəritələr çap etməliyik. Çünki su qıtlığı təhlükəsi qapımızın kandarına dirənib. Yaxın gələcəkdə əhalinin təmiz içməli su ilə təminatı dövlətlərin təhlükəsizlik məsələsinə çevriləcək. Su ilə bağlı münaqişələr artıq başlanıb. İranla Əfqanıstan arasında illərdir ki, Helmənd çayı üstündə mübahisələr davam edir. Bu mübahisə bir neçə dəfə silahlı toqquşmaya səbəb olub. Cənubi Qafqazda da bu cür mübahisələr gözlənilir. O üzdən indidən olan su ehtiyatlarımza qənaət etməli, işğaldan azad olunmuş Qarabağda nəzarətimizə keçən su ehtiyatları səmərəli idarə olunmalıdır”. 

Sevinc

0