"COP29 Azərbaycan iqtisadiyyatına çox müsbət təsir göstərdi" - Ekspert

COP29
10:11 / 25.11.2024
721

"COP29-un Bakıda keçirilməsi Azərbaycan tarixi üçün böyük bir hadisədir".

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, dünya ölkələrinin çox böyük əksəriyyəti Azərbaycana toplaşdı:

"COP29-da iqlimlə yanaşı, müxtəlif məsələlər üzrə müzakirələr aparıldı. Həmçinin, COP tarixində ilk dəfə olaraq turizm bəyannaməsi qəbul olundu. Gələcəkdə buna qoşulacaq ölkə saylarının da artacağı gözlənilir. Əlbəttə ki, iqtisadiyyatın digər sahələri kimi turizmin də daha diqqətli şəkildə genişlənməsi müzakirə olundu".

Ekspert COP29-un Azərbaycan turizmi üçün müsbət təsirlərindən də söz açıb:

"Müxtəlif dövlətlərin rəsmilərinin Azərbaycana gəlmələri və ölkəmizi yaxından görmələri müsbət haldır. Onlar, təsəvvür etdiklərindən daha gözəl və daha təhlükəsiz ölkə ilə qarşılaşdıqlarını qeyd edirlər. Düşünürəm ki, COP29-a uğurla ev sahibliyi etməyimiz yaxın perspektivdə ölkəmizə gələcək turistlərin sayına da müsbət təsir göstərəcək. 

İstər dünya mediasının Azərbaycana köklənməsi, istərsə də paytaxtımızdan gedən turistlərin öz yaxınları ilə bu barədə danışması ölkəmiz haqqında daha da müsbət imic formalaşdıracaq. Azərbaycan bundan sonra dünyada turizm məkanı kimi tanınacaq".

363083

Ceyhun Aşurov COP29-un ölkə iqtisadiyyatı üçün də çox faydalı olduğunu vurğulayıb:

"COP29-a görə paytaxtımıza gələn turistlər otellərdə yerləşdirildi, alış-veriş etdilər. Bu isə təbii ki, iqtisadi aktivliyə səbəb oldu. Bu, restoranlarda, ictimai iaşə müəssisələrində və otellərdə gəlirlərin  paylaşılmasına səbəb oldu. 

Üstəlik, bunlar gələcəkdə özünü pul dövriyyəsində, vergi ödənişlərində və gəlirlərin turizmin digər sahələrində paylaşılmasında özünü göstərəcək. Nəzərə almaq lazımdır ki, turizm təkcə bir sahəyə yox, özü ilə əlaqəli olaraq 10-dan çox sahəyə də gəlirlərin bölünməsinə xidmət edir. Yəni iqtisadiyyatın bir neçə sahəsi bu aktivliyi hiss etdi". 

Pərviz

0