COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

COP29
10:01 / 27.11.2024
551
Dünyanın nəbzi 2 həftə Bakıda vurub. Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 75 mindən çox qonaq, xeyli sayda xarici media nümayəndəsi ölkəmizə səfər edərək Azərbaycanın inkişafına əyani şəkildə şahid olub.
 
Əlbəttə, belə qlobal tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizə olan güclü etimadın təzahürüdür.
 
Maraqlıdır, COP29-un Azərbaycanda keçirilməsi və çoxsaylı qonaqların ölkəmizə gəlişi müxtəlif ticari-iqtisadi sferalara necə təsir edib?
 
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev COP29 dövründə mənzillərin kirayə qiymətinin artdığını söyləyib:
 
"Rəsmi qonaqlarla yanaşı, digər ölkələrdən gələn QHT, media nümayəndələri yeni tikili binalardan gündəlik kirayə evlər götürdülər. Mənzillərin kirayə qiyməti həmin ərəfədə qalxdı. Günü 100 manat olan ev 300-400 manat aralığında qiymətləndirildi. Villa tipli çoxotaqlı evlərin gündəlik kirayəsi 500 manat idisə, 1000 manata kimi artdı".
 
Turizm eksperti Ceyhun Aşurov isə bildirib ki, COP29 kimi tədbirlər Azərbaycanın turizm məkanı kimi tanınmasında, ölkəyə gələn turistlərin sayının artmasında çox müsbət rol oynayır:
 
"Azərbaycan dünyanın müxtəlif ölkələrindən gələn xarici vətəndaşlara ölkəni bir turizm məkanı kimi göstərə bildi və COP tarixində ilk dəfə "Turizm Bəyannaməsi" qəbul olundu".
 
Ətraflı Baku TV-nin süjetində:

 
0