"Azərbaycan COP29-a çox ciddi şəkildə hazırlaşır"

COP29
20:42 / 09.07.2024
2954

“Azərbaycan COP29-a çox ciddi şəkildə hazırlaşır. Müvafiq təşkilat komitəsi yaradılıb, hər bir dövlət orqanının qarşısına konkret vəzifələr qoyulub”.

Bu sözləri Hit.az-a millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, BMT bu və ya digər ölkədə böyük bir tədbir keçirərkən, tədbiri qəbul edən ölkə ilə müvafiq saziş imzalayır. Bu sazişlər tədbirib keçirilməsi, təşkili, tərəflərin vəzifələri müəyyən edilir:

“COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq. Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib”.

Sevinc

0