“COP29 ümumiyyətlə, dünyanın ən nüfuzlu beynəlxalq konfransıdır. İki həftəlik tədbirdə turistlərin Azərbaycan iqtisadiyyatına birbaşa təsiri pul xərcləmələri ilə bağlıdır”.
Bu sözləri Hit.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, konfransda müzakirə olunacaq məsələlər Azərbaycanın gündəliyində intensiv yer tutmaqla ölkəmizin gələcək inkişaf perspektivlərini formalaşdıracaq:
“COP29 yaşıl enerji, yaşıl sənaye, ekoloji problemləri ön plana çəkir. Bu cür tədbirlər ölkəmizin sonrakı ekoloji və yaşıl gündəliyinin formalaşmasına təsir göstərəcək”.
Sevinc