"COP29-un 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçısı, aktivlik, beynəlxalq ictimaiyyətin və medianın marağı bir daha təsdiq edir ki, bu tədbirin Azərbaycanda keçirilməməsinə qarşı xüsusi kampaniya aparan bir sıra Qərb dairələrinin və eləcə də onların ölkəmizdəki marjinal siyasi havadarlarının bütün cəhdləri iflasa uğrayıb. COP29-da olan yüksək maraq tədbiri boykot etməyə çağıran daxili marjinal qrupların da tam iflası deməkdi".
HİT.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.
"COP29-da iştirakçılıq səviyyəsinin, marağın yüksək olması bir daha təsdiq edir ki, məlum qərəzli siyasət təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətin gələcəyinə yönəldiyi üçün qəbul edilməyəcək. Məhz COP29 üçün maliyyə təminatının gücləndirilməsi, qlobal təşəbbüslərin sistemləşdirilməsi, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən maliyyə dəstəyinin verilməsi ilə bağlı aparılan müzakirələr ondan xəbər verir ki, Bakı qlobal çağırışlara töhfələrini davam etdirir", deyə deputat qeyd edib.