Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 75 984 nəfər qeydiyyatdan keçib.
Trend xəbər verir ki, qeydiyyatdan keçənlərin böyük hissəsi, yəni 57 160 nəfər əcnəbidir.
Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıda qeydiyyatdan keçən şəxslər 197 ölkəni təmsil edir.
Qeyd edək ki, COP29 qeydiyyatdan keçən şəxslərin sayı COP26-da (44 165) və COP27-də (54 109) qeydiyyatdan keçənlərin sayından artıqdır.