Marmaris bölgəsində yanğınlar şiddətləndi

23:35 / 02.08.2021
1374

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində yanğınlar şiddətlənib.

Hit.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hava şəraiti söndürülmüş ocaqlarda soyutma və lokallaşdırma işlərini çətinləşdirib. Bəzi sahələrdə yenidən alov güclənib.

Məlumata görə, Hisarönü məhəlləsində yanğının yaşayış sahəsinə yaxınlaşması əhalini təşvişə salıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğısöndürən-xilasedici heyətdən ibarət birinci qrupu həmin bölgədə fəaliyyət göstərir.

0