Dönərdən zəhərlənmələr niyə artır?

15:45 / 08.05.2024
387

Ötən gün Zaqatalada onlarla şəxs dönərdən zəhərlənib. Onların arasında uşaqlar da var. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönər yedikləri bildirilib. 

Baş vermis hadisələrə müzakirələrə və narahatlığa səbəb olur. Ölkənin qida sektorunda nə baş verir ki, bu gündə 40 dan çox şəxs dönərdən zəhərlənir? 

Ya bu sahəyə nəzarət yoxdur, ya da…

Qida mütəxəssisi Leyla Sarıyeva Hit.az-a deyib ki, bəzi kafelərdə, sanitar qaydalara riayət edilməyən obyektlərdə satılan dönərlərdən zəhərlənmə ehtimalı böyükdür. Zəhərlənməyə səbəb ətə vurulan əlavə qatqılar və saxlama şəraitinə əməl olunmamasıdır:

“Dönərə vurulan mayonez, ketçup və digər ədviyyatlar düzgün istifadə edilmədiyi, son istifadə tarixi keçdiyi təqdirdə də zəhərlənmə ola bilər. Dönərxanalarda saxlanma şəraitinin düzgün olmaması da insanların zəhərlənməsinə səbəb olur. Zaqatalada baş verən hadisə xammalla bağlıdır. Dönərxanalar xammalı eyni yerdən alıb, nəticədə bu cür mənzərə ortadadır”.

Ekspertin dediyinə görə, dönər hazırlanmasında istifadə edilən turşular da zəhərlənməyə səbəb ola bilər:

 "Xüsusilə düzgün hazırlanmamış xiyar turşusu anereob mühitdə hazırlandığı, ağzı bağlı bankalarda olduğu üçün bu zaman botulizm inkişaf edə bilər. Botulizm kəskin zəhərlənmə və ölümə səbəb ola bilər. Dönər obyektlərinə nəzarət artırılmalıdır. Xammalın hardan alınması, məhsuulun təmiz olmasına diqqət edilməlidir”.

Sevinc

0