Keçmiş casus-qadın azərbaycanlının qanı üzərində karyera qurur

ÖLKƏ
11:12 / 03.06.2021
7782

"Russia Today”in müxbiri, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Dövlət Dumasının "Yedinaya Rossiya" dan deputatlığa namizəd Mariya Butina Novosibirskdə azərbaycanlı gəncin başına güllə ilə guya təsadüfən xəsarət yetirmiş yol polisi əməkdaşını müdafiə edib. Butina təkcə polisə qarşı irəli sürülən bütün ittihamları götürməyi yox, həm də onu "xidmətə görə mükafatlandırmağı"təklif edib. "Başqa yol yoxdur", - deyə o əminliklə bildirib.

Xatırladaq ki, mayın 28-də Novosibirskdə faciə baş verib. Sürücünün tutulması zamanı polis təsadüfən atəş açıb və 19 yaşlı Vəkil Abdullayev həlak olub.

Rusiya İstintaq Komitəsinin ilkin versiyasına görə, "göstərilən müqaviməti dəf edərkən, polis əməkdaşı öz səlahiyyətlərindən kənara çıxaraq 19 yaşlı oğlana qarşı zorakılıqdan istifadə edib, zərərçəkənə əlləri və ayaqları ilə zərbələr vurub. Sonra o, PM markalı tabel silahını koburdan çıxararaq onu döyüş vəziyyətinə gətirib və qurbanına tərəf yönəldib. Və hansısa məqamda polis qeyri-ixtiyari tapançanın tətiyini çəkib, nəticədə zərərçəkən başından güllə yarası alıb”.

İstintaq Komitəsi əvvəlcə baş leytenant Aleksandr Qusevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 286-cı maddəsinin  3-cü hissəsinə (vəzifəsindən sui-istifadə) və 118-ci maddəsinin 1-ci hissəsinə (ehtiyatsızlıqdan ağır bədən xəsarəti yetirmək) əsasən cinayət işi açıb. V.Abdullayevin ölümü ilə əlaqəli məlumat verildikdən sonra isə təqsirləndirilən şəxsin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsindən 109-cu maddənin 1-ci hissəsinə tövsif edilib.

İstintaq davam edir. Lakin bu normal və sağlam düşüncəli insanlar, belə hallarda vaxt keçdikcə nəticə çıxarmaqda  tələsməməyə üstünlük verirlər. "Cücə Margo Simonyan" kimi haypozhorlar isə artıq insan faciəsindən və qanından siyasi kapital qazanmağa çalışırlar. Özü də ən çirkli üsulla. Millətlərarası ədavəti qızışdırmaqla. Guya rus polisi ona hücum edən azərbaycanlını öldürüb və düz edib.

Bir müddət əvvəl Butinanı demək olar ki, milli qəhrəmana çevirməyə çalışdılar. Bəs necə, ABŞ-da işləyib, həbs olunub, il yarım Amerika həbsxanasında yatıb. Düzdür, o həmin müddətdə susurdu, amma  istintaq zamanı ilk günlərdən hər şeyi və hər kəsi satdı. Sonra ümumiyyətlə, istintaqla sövdələşməyə getdi. Və bundan bu barədə bilməli olan şəxslərin hamısının məlumatı vardı.  Yəni hər şeyi çox yaxşı bilirdilər və bu səbəbdən də "Rusiyanın xeyrinə Amerikadakı fəaliyyəti üçün" mükafat almadı, onu Margo Simonyanın ofisində "dolma hazırlamağa " göndərməklə kifayətləndilər.

Ancaq bu, Butina üçün yetərli deyildi. O, ciddi şəkildə inanır ki, daha çox şeyə layiqdir. Və "casus-qəhrəman" isti bir siyasi kreslo axtarmağa başladı. İndi o gah Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkil yanında ekspert məclisində, gah da İctimai Palatada - hansı ki, xaricdəki Rusiya vətəndaşlarının hüquqlarını və mənafelərini qorumaq və Rusiya həbsxana sistemi üzrə məhz burada ixtisaslaşdığını iddia edir, - peyda olur.

Butinanın bu sahədə qazandığı uğurlar barədə heç nə məlum deyil. Amma qəhrəmanın həvəsi və ambisiyaları nəzərə alınıb. Mayın 31-də məlum olub ki, Butina Kirov vilayətində Dövlət Dumasına seçkilər üzrə "Vahid Rusiya" praymerizini qazanıb.

Onun çıxış etdiyi seçkiqabağı proqramın tərkib hissəsi olan hər iki bənd gözəldir: 1 nömrəli istintaq təcridxanasını Kirovun hüdudlarından kənara çıxarmaq, onun yerində isə dövlət hesabına art-məkan yaratmaq. Gördüyünüz kimi, Altay Dövlət Universitetinin "politologiya" və "pedaqogika" ixtisasları üzrə qırmızı diplomlu məzunu üçün təfəkkürün dərinliyi sadəcə heyrətləndirir.

Ancaq onun son açıqlaması daha təəccüblüdür. İndi baş verən faciə ilə bağlı xal toplamağa çalışan bu dar düşüncəli qəhrəman, hər hansı bir təzahüründə milliyyətçiliyin nə qədər təhlükəli, ikitərəfli iti silah olduğu və istifadəsinin Rusiya üçün necə dağıdıcı nəticələrə səbəb ola biləcəyi barədə kiçicik anlayışa belə sahib deyil. Bunun üçün onun sadəcə zəkası çatmır.

Görünür, intellektual qeyri-adekvatlıq həm Margo Simonyanın kontorunda işləmək, həm də praymerizdə qələbə qazanmaq üçün əsas şərtdir… /Virtualaz.org

0