Bakıda Türkiyə qırıcı təyyarələrinin uçuşu həyata keçirilir

ÖLKƏ
11:46 / 23.05.2022
851

Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı uçuş məşqləri keçirilir.

Müdafiə Nazirliyindən HİT.az-a verilən məlumata görə, bununla bağlı "Türk yıldızları" Bakı səmasında uçuşlar edir.

Qeyd edək ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin

birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

0