Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub, ölən var

ÖLKƏ
10:10 / 07.06.2022
691

Bakıda “Land-Rover”lə “KamAZ” toqquşub, ölən var.

Bu barədə Hit.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 6-sı saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən V.Eyvazov ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

0