Soyuducuları daima cərəyanda saxlamaq təhlükəlidir? - AÇIQLAMA

TEXNO
14:10 / 10.10.2024
943

Hər gün evdən çıxarkən cərəyandakı hər şeyi çıxarırıq. 

Amma bəzi elektrikli avadanlıqlar var ki, onları cərəyandan ayırmırıq. Soyuducular da bunlardan biri, bəlkə də birincisidir. Belə ki, soyuducular həftələrlə və ya aylarla cərəyandan ayrılmadan işləyir. 

Bəs soyuducuların fasiləsiz olaraq mütəmadi olaraq bütün gün cərəyanda qalmasının hansısa zərərləri varmı? Aylarla cərəyandan çıxarılmayan soyuducu təhlükəyə yol aça bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, soyuducuların uzun müddət cərəyanda saxlanılmasının hər hansısa zərəri yoxdur:

359884

"Bundan başqa, soyuducunun nə qədər cərəyanda saxlanılmasının riski mövcud deyil. Ümumiyyətlə, soyuducuların yanğın təhlükəsi yaratma ehtimalı yoxdur. Sadəcə fərdi yaşayış evləri və ya obyektlərdə elektrik naqillərinin, habelə elektrik şəbəkəsinin saz vəziyyətdə olması vacibdir. Əsas olan budur. 

Həmçinin, elektrik qoruyucuları da olmalıdır. Əgər hər hansısa qısaqapanma və ya gərginliyin artıb-azalması olarsa, elektrik təchizatı avtomotik olaraq dayanmalıdır. Bu qısaqapanma, alışma, qığılcım kimi hallarda yanğın təhlükəsizliyinin qarşısını alır". 

Pərviz

0