Ermənistandan itkiləri ilə bağlı İLK ETİRAFLAR

ÖLKƏ
10:19 / 13.09.2022
1190

Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun 10 hərbçisi yaralanıb.

HİT.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Bildirilir ki, 10 yaralı Ermənistanın Göyçə vilayətinin Martuni şəhərinin tibb məntəqəsinə yerləşdirilib. Yaralılardan dördünün vəziyyəti ağır olduğu üçün İrəvana göndərilib.

Buna qədər Ermənistan Müdafiə Nazirliyi son toqquşmada ölənlər və yaralananların olmasını rəsmən təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

0