Qarışqalardan necə xilas olmaq olar?

22:55 / 07.10.2024
145

Bir çox evlər qarışqaların hücumuna məruz qalır. Ev yiyəsi qarışqaları evdən uzaq salmaq üçün müxtəlif kimyəvi dərmanlardan istifadə etsə də, nəticə olmur.

Hit.az evdəki qarışqalardan xilas olmağın ən asan üsullarını təqdim edir:

Əvvəlcə qarışqaların evə haradan girib-çıxdıqlarını müəyyənləşdirin. Pəncərələrin kənarına, qapının altına və çat, deşik olan yerlərə nəzər yetirin.
Mətbəxdəki stolların üzərini sabunlu su ilə silin. Heç yerdə çörək qırıntısı, şəkər tozu və ya şəkərli qidaların qalmadığına əmin olun. Bütün qidaları ağzı bağlı qablarda mühafizə edin. Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə evə daxil olma imkanlarını məhdudlaşdırın. Divarlardakı çatları və pəncərə kənarlarını silikonla möhkəmləndirin. Qarışqaların evə gəldikləri yola limon sıxın və ya limon qabığı tökün. Uşaq pudrası, sirkə, qırmızı istiot və ya darçın tökmək də effektli üsuldur. Bu qoxular qarışqaları uzaqlaşdıracaq. Türk qəhvəsini içdikdən sonra dibində qalan çöküntünü qarışqaların yuvalarının üstünə tökün.

Sevinc
 

0