Niyə insan sevgilisi ilə darıxır? - Psixoloq danışır

MARAQLI
20:39 / 07.10.2024
469

“Əksər insanlar ahəngdar və xoşbəxt münasibətə can atır. Amma bir-birlərini ən çox sevən cütlüklər belə zaman içində sıxılmağa başlayırlar. Darıxmaq başlayıbsa, demək münasibətlərdə artıq problem yaranıb”.

Bu fikirləri Hit.az-a psixoloq Vəfa Fərəcli səsləndirib:

"Münasibətlər darıxdırıcıdırsa, deməli, onu artıq xoşbəxt adlandırmaq olmaz. Ya çox ziddiyyətli münasibətdə olan, ya da darıxıb bir-birlərinə olan marağı, o cümlədən cinsi maraqları bərpa etmək istəyən cütlüklər adətən psixoloqlarla məsləhətləşmələrə gəlirlər. Cansıxıcılıq bəzi cütlüklərin problemi dərk edərək, kömək istəməsi üçün kifayət qədər səbəbdir. Darıxdırıcı əlaqələr adətən mövcud olmayan cinsi əlaqədən qaynaqlanır. Cansıxıcı münasibətləri formal olaraq,  firavan adlandırmaq olar. Bu tip əlaqələr tez-tez bir-birinə tamamilə uyğun olmayan, lakin ittifaqlar yaradan tərəfdaşlar arasında baş verir. Onlar dava etmir, nəyinsə xətrinə susurlar. Areqressiya sevgi və cinsi yaxınlığın ayrılmaz hissəsidir".

"Dava etsəniz belə, danışın, narazılığınızı dilə gətirin. Gündəlik həyata, uşaqlara, işə çox diqqət yetirirsinizsə, bunu nəzərə alın və bir-birinizə vaxt tapın", deyə o əlavə edib.

Murad

0