Tofiq İsmayılovun qızı vəfat etdi

ÖLKƏ
17:39 / 17.02.2024
447

Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova vəfat edib.

HİT.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Mərhumun vəfat səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Səbinə İsmayılova Azərbaycan Milli Aerokosmik Agentliyində çalışırdı.

Onu da qeyd edək ki, Tofiq İsmayılov Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci dövlət katibi (11.09.1991-20.11.1991), Azərbaycan SSR-in dövlət katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olub.

1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının dövlət katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olub.

0