İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin arxasında nə dayanır? - ŞƏRH

SİYASƏT
10:12 / 19.09.2024
399

"İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin arxasında bir çox amil dayanır". 

Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əsas səbəb rəsmi Tehranın Zəngəzur dəhlizini Turan yolu adlandırmasıdır:

"Ümumiyyətlə, İran türk dövlətləri arasında birbaşa yolun olmasından narahatdır. Ona görə çox absurd bəhanələr səsləndirirlər. Lakin Tehran hakimiyyəti başa düşməlidir ki, Zəngəzur dəhlizi heç bir halda İrana qarşı yönəlməyib və bu yol bölgədə iqtisadi canlanmaya gətirib çıxaracaq". 

Ekspert hesab edir ki, əslində rəsmi Tehran da bunu yaxşı başa düşür:

"Ancaq bu müqavimətin arxasında başqa səbəblər də dayanır. İran bu yolun mütləq açılacağını anlayır. Sadəcə olaraq yola nəzarətin Rusiyada olmasını istəmirlər. Lakin bunu açıq şəkildə dilə gətirə bilmirlər".

358345

Həmsöhbətimiz qeyd edib ki, İranın bu addımları bölgə ölkələri ilə münasibətlərinin daha da soyuqlaşmasına səbəb olur:

"İran Zəngəzur dəhlizi açılana qədər bacardıqca divident əldə etməyə çalışır. Məhz buna görə də gülməli bəhanələr irəli sürür. 

Məsələn, İran tərəfi NATO qüvvələrinin sərhədlərinə gəlməsinə icazə verə bilməyəcəklərini deyir. Hansı ki, bu, birmənalı şəkildə cəfəngiyyatdır. Axı Zəngəzur dəhlizinin NATO-ya nə aidiyyəti var? Bundan başqa, hazırda Avropanın mülki missiyası İran sərhəddində, ABŞ hərbçiləri Zəngəzurda deyilmi? Bəs İranın "qırmızı xətt"i hara getdi? 

Üstəlik, Fransa Ermənistana silah göndərərkən İran ərazisindən tranzit kimi istifadə edir. İran prosesdə nəinki tranzit ölkə kimi iştirak edir, hətta milyonlarla dollarlıq silahı birbaşa Ermənistana verir. Yəni İran rəsmilərinin açıqlamaları cəfəngiyatdır və heç bir halda reallığı əks etdirmir. Zəngəzur dəhlizi isə gec-tez mütləq açılacaq"

Pərviz

0